İDMAN


UFC çempionu Həbib Nurməhəmmədov paytaxtımızda qonaq olacaq

Bakı, 13 iyun, AZƏRTAC

MMA döyüşçüsü yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov bu həftə paytaxtımızda qonaq olacaq.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, iyunun 18-də rusiyalı idmançı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Bakı İdman Sarayında idmançılar və onun pərəstişkarları ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, H.Nurməhəmmədov növbəti döyüşündə məşhur irlandiyalı UFC döyüşçüsü Konor Makqreqorilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.