Ukraynada dekommunizm prosesi çərçivəsində 52 min meydan və küçənin adı dəyişdirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko siyasi repressiya qurbanlarının xatirə günündə çıxışı zamanı deyib ...

Qüvvətli yağış Ankarada güclü selə səbəb olub

20.05.2018 [19:32]
Mayın 20-də Türkiyə vaxtı ilə 15.30-da Ankara şəhərinə şiddətli yağış yağıb. AZƏRTAC xəbər verir ki, təxminən 15 dəqiqə davam edən yağış güclü selə səbəb olub. Vətəndaşlara və şəhər təsərrüfatına böyük ziyan dəyib. Avtobuslar və minik ...

Gürcüstanda keçən il oyun biznesindən 5,6 milyard lari gəlir əldə olunub

20.05.2018 [19:14]
Gürcüstanda 2017-ci ildə oyun biznesindən 5,6 milyard lari (təqribən 2,3 milyard dollar) gəlir əldə olunub. Bu əvvəlki illərin göstəricisi ilə müqayisədə xeyli çoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb ...

Maykl Pens Aleksis Tsiprası Makedoniya ilə danışıqları davam etməyə çağırıb

20.05.2018 [16:31]
Ağ evin məlumatına əsasən, ABŞ-ın vitse-prezidenti Maykl Pens Yunanıstanın Baş naziri Aleksis Tsiprasla danışıqları zamanı Makedoniyanın adı ilə bağlı dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib. M.Pens A.Tsiprasın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirərək, məsələnin tarixi həlli ilə dünyada stabillik ...

Misir Prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək

20.05.2018 [15:32]
Mart ayında ikinci dəfə Misirin Prezidenti seçilən Əbdül Fəttah əs-Sisinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək. AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, seçilmiş dövlət başçısı ölkənin konstitusiyasına uyğun olaraq rəsmi səlahiyyətlərini yerinə yetirməyə başlamazdan ...

Malayziyanın sabiq Baş naziri polisdən ona mühafizə təqdim olunmasını xahiş edib

20.05.2018 [13:18]
Malayziyanın sabiq Baş naziri Nəcib Razak hüquq-mühafizə orqanlarına müraciət edərək ona mühafizə təqdim olunmasını xahiş edib. AZƏRTAC “The Straits Times” nəşrinə istinadla xəbər verir ki, MDB Dövlət İnvestisiya Fondunda baş verən oğurluqla əlaqədar ...

Petro Poroşenko: Ukrayna əhalisinin 70 faizi ölkənin Avropa İttifaqına üzv olmaq ideyasını dəstəkləyir

20.05.2018 [08:23]
Ukrayna əhalisinin 70 faizi ölkənin Avropa İttifaqına üzv olmaq ideyasını dəstəkləyir. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko mətbuata açıqlamasında deyib. “Avropa təkcə coğrafi baxımdan kateqoriya deyil, bu, ilk öncə müstəqilliyin ...

İtaliyalılar internet üzərində xəbərlər oxumaqda Avropa İttifaqı ölkələri arasında sonuncu yerdədirlər

20.05.2018 [06:41]
Avropa Komissiyasının yeni hesabatında bildirilir ki, italiyalılar onlayn xəbərlər oxumaq üzrə Avropa İttifaqı ölkələri arasında sonuncu sıradadırlar. AZƏRTAC xəbər verir ki, 2017-ci ildə bu göstəricisi üzrə 27-ci sırada olan İtaliya bu il bir pillə də geriləyərək sonuncu sırada qərarlaşıb ...

Dubayda “uçan xalça” təqdim olunub

20.05.2018 [05:53]
Müqəddəs Ramazan ayının başlanması münasibətilə Dubay Əmirliyindəki “Fairmont Dubai” otelində “uçan xalça” nağılı “canlandırılaraq”, foyedə dörd metrlik xalça-təyyarə quraşdırılıb. AZƏRTAC xəbər verir ki, müasir rəssam Natali Dağıstaninin ideyası ilə quraşdırılan xalçanın ...

Ukrayna Prezidenti ölkəsinin MDB-nin bütün strukturlarındakı nümayəndələrinin geri çağırılmasına dair fərman imzalayıb

20.05.2018 [04:05]
Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün strukturlarındakı nümayəndələrinin geri çağırılması ilə bağlı fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Petro Poroşenko Vinnitsa şəhərinə səfəri zamanı deyib ...

Samsun şəhərində nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub

20.05.2018 [00:03]
Türkiyədə 19 may – Atatürkü anma, gənclik və idman bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Samsun şəhərinin küçə və meydanlarında nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub. AZƏRTAC xəbər verir ki, bayraq Türkiyə Cümhuriyyətinin ...

Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd olunub

19.05.2018 [21:50]
Mayın 19-da Türkiyədə Atatürkü anma, gənclik və idman günüdür. Bu münasibətlə ölkədə silsilə bayram mərasimləri təşkil olunub. Rəsmi bayram mərasimi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarətlə başlayıb ...

Sakit okeanda yerləşən ada dövlətləri Şimali Koreyanı konkret addımlar atmağa çağırıblar

19.05.2018 [19:57]
Sakit okeanda yerləşən ada dövlətləri rəhbərlərinin Yaponiyanın Fukusima prefekturasında keçirilən görüşündə birgə bəyanat qəbul edilib. Bəyanatda ilk dəfə Koreya Xalq Demokratik Respublikasının (KXDR) adı çəkilib ...

Britaniya Muzeyinin ekspozisiyasında Məhəmməd Salahın butsları birmənalı olmayan reaksiya doğurub

19.05.2018 [18:46]
“Liverpul” klubunun və Misir yığmasının forvardı Məhəmməd Salahın butslarının Londondakı Britaniya Muzeyinin Qədim Misir eksponatları kolleksiyasına daxil edilməsi qədim Misir abidələri sahəsində ekspert ...

Qroznıda kilsəyə hücum edən dörd silahlı şəxs öldürülüb

19.05.2018 [18:45]
Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda Arxangel Mixail kilsəsinə hücum edən dörd silahlı şəxs öldürülüb. Bu barədə jurnalistlərə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məlumat verib ...

Fransalı alimlər Adolf Hitlerin ölüm tarixini təsdiqləyiblər

19.05.2018 [18:26]
Fransalı alimlər 1946-cı ildən bəri ilk dəfə Adolf Hitlerin dişlərinin fraqmentlərini tədqiq edərək onun ölümünün dəqiq tarixini müəyyənləşdiriblər. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçılar 2017-ci ildə Rusiyanın onlara verdiyi diş qalıqlarının ...

 Avropa İttifaqı ABŞ-ın tətbiq edəcəyi rüsumlarla bağlı cavab tədbirləri görür

19.05.2018 [17:29]
Avropa İttifaqı ABŞ tərəfindən polad və alüminium məmulatlarına tətbiq ediləcək rüsumlara cavab olaraq analoji tədbirlərin siyahısını Dünya Ticarət Təşkilatına təqdim edib. AZƏRTAC xəbər verir ki, rüsumların ümumi həcmi 1,4 milyard avro təşkil edə bilər. Brüsseldə Vaşinqtonun tətbiq ...

İlin toyu: Tereza Mey şahzadə Harrini və Meqan Marklı təbrik edib VİDEO

19.05.2018 [14:32]
Böyük Britaniyanın Baş naziri Tereza Mey şahzadə Harri və amerikalı aktrisa Meqan Markla toy günü ünvanlandığı müraciətində onlara ən xoş arzularını çatdırıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya hökumətinin başçısı bəy və gəlinə müraciətini ...

“Forbes” jurnalı: Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var

19.05.2018 [14:14]
Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var. İnkişaf üçün, ilk növbədə, Ermənistanın siyasi-iqtisadi sistemindəki mənfi hallar aradan qaldırılmalıdır. AZƏRTAC xəbər verir ki, bu fikir “Forbes” jurnalında dərc edilmiş təhlili məqalədə yer alıb ...