CƏMİYYƏT


Səhiyyə Nazirliyin nümayəndəsi Türkiyədə “Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusunda keçirilən tədbirdə çıxış edib

Bakı, 16 may, AZƏRTAC

Türkiyənin Muş şəhərində “Ağ ciyər və süd vəzi xərçəngləri” mövzusuna həsr olunmuş tədbir keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Avropa Könüllülük Xidməti çərçivəsində tədbirin icra müddətində Muşda çalışan İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə də tədbirdə iştirak ediblər.

Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.

Tədbirin təşkilatçısı Gənc Birikim Dərnəyinin rəhbəri Salih Yüce açılış nitqi ilə çıxış edərək, onkoloji xəstəliklərin getdikcə artdığını və bunun bütün dünyada problemə çevrilərək hər il milyonlarla insanın həyatına son verdiyini bildirib.

Sonra tədbirdə iştirak edən müxtəlif ölkələrin mütəxəssislərinin çıxışları dinlənilib, ağ ciyər xərçəngi və süd vəzi xərçənginin müalicə və profilaktikası ilə bağlı məlumat verilib.

Ş.Mirzəzadə “Səhiyyədə könüllülük” mövzusunda çıxış edərək, səhiyyə və sağlamlıq sahəsində könüllülüyün əhəmiyyətindən danışıb. Yerli media nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda S.Babazadə kütləvi informasiya vasitələrinə müsahibə verərək, xərçəngin bütün dünya üçün ciddi problemə çevrildiyini və tədbir çərçivəsində aparılan fikir mübadiləsinin bu xəstəliyə qarşı mübarizədə əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.