SİYASƏT


Mun Ce-in: Azərbaycan son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub.

AZƏRTAC xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Ce-in Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Ölkələrimiz arasında mövcud dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanan Mun Ce-in əməkdaşlığımızın möhkəmlənməsinin və dərinləşməsinin gələcəkdə daha geniş vüsət alacağına əminliyini bildirib.

Koreya Respublikasının Prezidenti məktubunda Azərbaycan xalqına əbədi firavanlıq arzularını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.