CƏMİYYƏT


Bakıda “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 26 iyun – narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədi daşıyıb.

Eyni zamanda, məqsəd BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə gününün qeyd olunmasıdır.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransda çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, ölkədə bu məsələyə dövlət səviyyəsində göstərilən diqqət, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Əli Həsənov bildirib ki, ölkəmizdə narkomanlığa qarşı mübarizə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması və profilaktik tədbirlər olmaqla iki əsas istiqamət üzrə aparılır. Dövlət Komissiyasının işçi qrupu narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların fəaliyyətini əlaqələndirilməklə onlarla birgə xüsusilə yeniyetmə və gənclər arasında antinarkotik təbliğatının aparılmasına xüsusi önəm verir, geniş ictimai maarifləndirmə tədbirləri həyata keçirir.

Bu istiqamətdə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayan Baş nazirin müavini qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparmaq üçün Azərbaycanda mükəmməl qanunvericilik bazası yaradılıb. Milli Məclis bu istiqamətdə mühüm qanunlar, Nazirlər Kabineti isə qərarlar qəbul edib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. Bundan başqa, Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub.

Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolunu qeyd edən Dövlət Komissiyasının sədri bildirib ki, ölkəmizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar yükdaşımalar artdığı üçün beynəlxalq narkomafiyanın müxtəlif nəqliyyat yolları ilə narkotik vasitələri daşıması cəhdləri olub. Son illər Azərbaycan hüquq mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində daha da fəallaşıblar. Bu ilin beş ayında Azərbaycanda 1 ton 400 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Ölkəmizdə bu problemlə mübarizə aparmaq üçün müvafiq qurumlar kifayət qədər tədbirlər görür.

Əli Həsənov Azərbaycanın narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq etdiyini vurğulayıb. Əminliyini bildirib ki, narkomaniyaya qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

Baş nazirin müavini diqqətə çatdırıb ki, ermənilər işğal olunmuş ərazilərimizdən narkotik vasitələrin yetişdirilməsi və daşınması üçün istifadə edirlər. Bunun qarşısının alınması və monitorinqin aparılması üçün beynəlxalq qurumlara dəfələrlə müraciət olunub. Təcavüzkar dövlət işğal altındakı torpaqlarımızda narkotik maddələri yetişdirib satır və bunun əvəzində silah alır. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yaxın qohumları narkotik alveri ilə məşğul olurlar.

Gənclər və idman naziri Azad Rəhimov konfransda çıxış edərək deyib ki, narkomaniyaya qarşı mübarizə və gənclərin sağlam böyüməsi istiqamətində nazirlik tərəfindən tədbirlər həyata keçirilir. Sağlam həyat tərzinin təbliği məqsədilə “Həyatla oyun” adlı tamaşa rayon və şəhərlərdə, məktəblərdə, cəzaçəkmə müəssisələrində nümayiş olunub. Narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan nazirlik tərəfindən “Gənclər evi” sosial xidmət müəssisələri yaradılır. Hazırda ölkədə 41 Gənclər Evi və ya Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, idmanın kütləviliyinin təmin edilməsi üçün ölkədə 40-dan çox Olimpiya İdman kompleksi inşa edilib. Bütün bunlar gənclərin sağlam vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov narkomaniyaya qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən müxtəlif ictimai maarifləndirmə tədbirlərindən, “ağ ölüm”lə mübarizədə gənclər təşkilatlarının rolundan danışıb. Gənclər təşkilatları tərəfindən cəmiyyətdə narkomanlığın zərərli təsirləri ilə bağlı məlumatlandırma, maarifləndirmə və profilaktiki işlərin aparılmasının diqqət mərkəzində olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilmiş ən yaxşı müəllif yazıları müsabiqəsinin münsiflər heyətinin sədri Vüqar Rəhimzadə narkomaniya ilə mübarizənin Azərbaycanın dövlət siyasətində mühüm istiqamət olduğunu deyib, müsabiqənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, müsabiqənin məqsədi KİV-lərdə sağlam həyat tərzinin təbliğ olunması və bununla ictimaiyyətin, xüsusilə gənclərin məlumatlılığının artırılması, bu istiqamətdə mətbuatda dərc olunan materialların sayının artırılmasının stimullaşdırılması və gənc jurnalistlərin yaradıcılıq qabiliyyətlərinin nümayiş olunmasına şərait yaradılmasıdır.

Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Raqif Allahverdiyev “Yeniyetmə və gənclər arasında keçirilmiş siqaret, alkoqol və narkotik maddələrin qəbulu haqqında sorğu”nun nəticələrini təqdim edib.

Çıxışlarda yekdilliklə bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri daimi xarakter almalıdır.

Sonda “Narkomanlığa qarşı mübarizə” mövzusunda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.