ELM VƏ TƏHSİL


Uşaqlar üçün smartfon və planşet təqdim edilib

Bakı, 26 aprel, AZƏRTAC 

“Archos” şirkəti azyaşlı istifadəçilər üçün “Junior” qurğular seriyasını təqdim edib. Bu seriyaya yaşı üçdən yuxarı uşaqlar üçün “Junior Tab” planşeti və yeddidən yuxarı uşaqlar üçün “Junior Phone” smartfonu daxildir.

İstehsalçıların məlumatına görə, təqdim edilən qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar: valideyn nəzarəti vasitələri və “Qustodio”dan veb-səhifələrin filtri (bir il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri quraşdırılıb.

AZƏRTAC “ferra.ru” saytına istinadla xəbər verir ki, hər iki qurğu “Android 7 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Planşet və smartfonun 2018-ci ilin iyununda Avropada 79,99 avroya satışa çıxarılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.