REGİONLAR


Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub

Ağcabədi, 13 iyun, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin ölkəmizə yenidən hakimiyyətə qayıtdığı gün - 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə bəhs olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Tədbirdə çıxış edənlər 1990-cı illərin əvvəllərində respublikamızda baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, dövlət müstəqilliyinin məhv olmaq təhlükəsi aradan qaldırılıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb, əmin-amanlıq və siyasi sabitlik bərqərar olub.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi milli inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Aparılan düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün dünya birliyində layiqli yer tutur. Azərbaycan xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.

Tədbirdə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından bəhs edən film göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.