MƏDƏNİYYƏT


Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq müstəvidə həyata keçirdiyi nəşr layihələri xarici medianın diqqət mərkəzindədir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində respublikadan kənarda işıq üzü görən nəşrlər Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Misir və digər ölkələrin kütləvi informasiya vasitələrində müntəzəm şəkildə işıqlandırılır.

Gürcüstanın “Novosti Qruziya” (https://www.newsgeorgia.ge/v-gruzii-izdana-antologiya-sovremennoj-azerbajdzhanskoj-literatury/), “Sololaki.ru” (https://sololaki.ru/novosti/v-gruzii-izdali-antologiyu-sovremennoj-azerbajdzhanskoj-prozy.html) saytları, Rusiyanın “Doş” jurnalı (http://www.doshdu.ru/novosti/v-gruzii-izdana-antologiya-sovremennoi-azerbaidzhanskoi-literatury), “Vestnik Kavkaza” (http://vestikavkaza.ru/news/V-Gruzii-izdali-Antologiyu-sovremennoy-azerbaydzhanskoy-prozy.html), “Postsovet.ru” (https://www.postsovet.ru/blog/kavkaz/783302.html) saytları, “Mir” Dövlətlərarası Teleradio Şirkəti (http://az.mirtv.ru/news/65880), Misirin nüfuzlu “Əl-Əhram” və “Əl-Əxbar” qəzeti, Belarusun “Soszvuçiye” portalı (http://sozvuchie.by/component/k2/item/1644-v-gruzii-izdana-antologiya-sovremennoj-azerbajdzhanskoj-literatury.html, http://sozvuchie.by/poeziya/item/2979-azerbajdzhanskaya-poeziya-na-stranitsakh-avtoritetnoj-rossijskoj-gazety.html), İngiltərənin “EU today” dərgisi (https:///news/culture/2018/short-stories-from-azerbaijan-in-one-volume), Türkiyənin “Haberler.com” (https://ru.haberler.com/russian-news-946344/) saytı, Qırğızıstanın “TurkToday.info” (http://turktoday.info/az/v-turcii-izdan-dvukhtomnik-antologiya-s/) saytı və digər KİV-lər Mərkəzin fəaliyyəti, müxtəlif dillərdə və ölkələrdə ərsəyə gətirdiyi beynəlxalq nəşr layihələri barədə mətn və məlumatları oxucularının diqqətinə çatdırmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.