DÜNYA


“Mariya” qasırğası səbəbindən Çinin şərqində 400 min nəfər təxliyə edilib

Bakı, 11 iyul, AZƏRTAC

“Mariya” qasırğasının Şərqi Çin sahillərinə çatması səbəbindən Futszyan və Çjetszyan əyalətlərinin hökumət orqanları təhlükəli ərazilərdən 400 mindən çox insanı təxliyə edib. Sinxua agentliyinin yaydığı məlumata görə, tropik qasırğanın episentrinə düşən yerlərdə məktəblər bağlanılıb və müəssisələrin işi dayandırılıb. Balıqçı gəmilərinə limana qayıtmaq göstərişi verilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, güclü külək və dalğa Syamen və Tszinmen (Tayvan adası) arasında dəniz nəqliyyatının işini dayandırıb. Qasırğa əyalətdə dəmir yolu və aviasiyaya da təsir göstərib. Xeyli sayda qatar və təyyarə reysi ləğv edilib.

Zərərçəkənlər və ya qurbanlar, habelə qasırğanın iqtisadi zərəri barədə məlumat verilməyib. Hazırda tropik qasırğa materikdə şimal-qərb istiqamətində irəliləyir və gücünü sürətlə itirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.