MƏDƏNİYYƏT


Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

Kiyev, 13 iyun, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə Müslüm Maqomayevin xatirəsinə həsr edilən musiqili gecə Kiyevin ən məşhur mədəniyyət ocağında – Ukrayna Milli Akademiyasının Opera Teatrında keçirilib.

Xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri, ictimai xadimlər, mədəniyyət xadimləri, KİV-lərin qatıldığı musiqili gecədə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonlarla tamaşaçı qəlbini fəth edib. Bildirib ki, Müslüm Maqomayevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Bu pərəstişə layiq şəxsiyyətin qoyub getdiyi çoxsaylı əsərlər bu gün dünya səhnələrində səsləndirilir. Bu cür tədbirlər onu sevənlərə həm də bir hədiyyədir.

M.Maqomayevin yaradıcılığından danışan Ukrayna Milli Akademiyasının Opera Teatrının direktorunun müavini Oksana Koqut bildirib ki, onu bütün dünyada tanıyır və sevirdilər. Çox zəhmətsevər, qayğıkeş, təvazökar insan olan M.Maqomayev neçə-neçə istedadlı musiqiçi nəsli yetişdirib.

Sonra Ukraynanın tanınmış incəsənət xadimləri səhnəyə çıxıblar və M.Maqomayevin repertuarından onlarla mahnı ifa ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.