İDMAN


İyirmi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstan millisi ilə yoldaşlıq oyunu keçirib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstan millisi ilə yoldaşlıq oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, "Dalğa Arena"dakı qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.

Fasilədən sonra millimiz 66-cı dəqiqədə Ziya Əzizovun vurduğu qolla önə çıxıb - 1:0. Qoldan on dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər. Muciri adını tabloya yazdırıb - 1:1. Oyunda son nöqtəni Gürcüstan komandası qoyub. David Samurkasov baxımlı qola imza atıb - 1:2.

Beləliklə görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan üç yoxlama matçından birincisi məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.