DÜNYA


İranın Sari şəhərində “Xəzər dənizi ixracatının inkişafı” üzrə beynəlxalq konfrans keçirilir

Tehran, 11 iyul, AZƏRTAC 

İyulun 11-də İranın Mazandaran vilayətinin mərkəzi Sari şəhərində “Xəzər dənizi ixracatının inkişafı” üzrə beynəlxalq konfrans işə başlayıb. Konfransda Azərbaycan, Tacikistan, Rusiya, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Əfqanıstan və Hindistandan gəlmiş nümayəndələr iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans çərçivəsində Xəzəryanı ölkələrin iqtisadi əlaqələrinin dəniz vasitəsilə genişləndirilməsi məsələləri müzakirə ediləcək.

İranın Xəzər sahilindəki Bəndər Əmrəbad Xüsusi İqtisadi Zonasının limanlar və dənizçilik üzrə direktoru Siyavuş Rezvani konfransın açılışında deyib ki, Xəzəryanı dövlətlərin dəniz vasitəsilə ixracatı artırmaları hər bir ölkənin iqtisadiyatında yeni sahənin inkişafına təkan verəcək.

Onun sözlərinə görə, bu beynəlxalq konfrans Xəzəryanı ölkələrə dəniz ixracatının genişlənməsi imkanlarının və problemlərin araşdırılması məqsədilə keçirilir.

Xatırladaq ki, İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Bəndər Əmirəbad limanı ilə idxal-ixrac əməliyyatlarını həyata keçirir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.