İQTİSADİYYAT


İnnovasiya Müsabiqəsinə 50-yə yaxın layihə təqdim edilib

Bakı, 11 iyul, AZƏRTAC

İndiyədək İkinci Respublika İnnovasiya Müsabiqəsinə 50-yə yaxın layihə təqdim edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri"nin icrasına dəstək məqsədilə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edib.

İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinın müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək texnologiyalar parkı" MMC-nin tədqiqatçıları, "ASAN könüllüləri" üçün maarifləndirmə tədbirləri keçirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər layihələrini 2018-ci il sentyabrın 20-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" (www.ideyabanki.com) platforması vasitəsilə təqdim etməlidirlər.

İndiyədək müsabiqəyə 50-yə yaxın layihə təqdim edilib.

İnnovasiya layihələrinın qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.