CƏMİYYƏT


Hər gün dünyada 28,5 min nəfər vərəmlə xəstələnir

Bakı, 13 iyun, AZƏRTAC

Xaçmaz rayonunda vərəmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə rayonun səhiyyə işçiləri, mədəniyyət, təhsil şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Xaçmaz rayon Vərəm Əleyhinə Dispanserin baş həkimi Kamal Ağayev əvvəlki illərlə müqayisədə hazırda buradakı epidemioloji vəziyyət, xəstəliyin yayılma yolları və profilaktikası haqqında əhaliyə məlumat verib. O, ölkəmizdə və dünyada vərəmlə bağlı mövcud vəziyyət, bu sahədə əldə olunan uğurlar, vərəmlə mübarizənin daha səmərəli aparılmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolunun əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər gün dünyada 28,5 min nəfər vərəmlə xəstələnir və hər gün 4,5 min nəfər xəstəlik nəticəsində dünyasını dəyişir. Həkim vərəmin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğunu bildirib.

AzQAC-ın nümayəndələri Mətanət Qaraxanova və Sona Hacıyeva Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vərəm sahəsində geniş təcrübəsi və bu sahədə görülən işlər barədə danışıblar.

Tədbir iştirakçılarına vərəm haqqında kitabça paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.