İQTİSADİYYAT


“Goldman Sachs”: “Brent”in qiyməti 82,5 dollar/barrelə çatacaq

Bakı, 25 iyun, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti yayda 82,5 dollara çatacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu fikirdədir.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft istehsalını gündəlik 1 milyon barrel artırmasına dair qərarını şərh edən “Goldman Sachs”ın analitikləri bildirib: “Brent” neftinin qiymətinin ilin sonuna kimi tədricən 75 dollar/barrelə qədər azalacağını düşünürük. OPEC-in qəbul etdiyi qərardan sonra ortaya çıxan əsas faktor bazardakı neft təklifinə dair mövcud boşluğun davam edəcək olmasıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.