İQTİSADİYYAT


“Euronews” telekanalının ispandilli versiyasının saytında Naxçıvandakı İlandağ barədə məqalə yerləşdirilib

Madrid, 14 may, AZƏRTAC

Naxçıvanda yerləşən İlandağ Azərbaycanın ən məşhur simvollarından biri sayılır. Onun yamacının bir hissəsində orta əsrlərdə yaşayış məskəni də olub. İlandağ həmişə sirli yer kimi tanınıb. Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi məhz bu dağa toxunub.

AZƏRTAC xəbər verir ki, məqalədə dağın belə adlandırılmasının zülmdən qaçıb buraya pənah gətirən insanları məhz ilanların qorumasına dair rəvayətlə bağlı olduğu qeyd edilib. Amma yerli camaat vurğulayır ki, hazırda bu dağda ilanlar yaşamır.

Məqalə ispandilli oxucuların böyük marağına səbəb olub və bir neçə min dəfə oxunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.