CƏMİYYƏT


Cəzaçəkmə müəssisələrində narkotik vasitələrin insanların sağlamlığına ziyanı barədə məlumat verilib

Bakı, 11 iyul, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 7 və 15 saylı cəzaçəkmə müəssisələrində profilaktik tədbir keçirilib.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə İşçi qrupunun əməkdaşı mövzu ətrafında çıxış edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Məhkumlara İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb. Bundan başqa, cəzaçəkmə müəssisəsinin oxu zalı əyani vəsaitlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.