ELM VƏ TƏHSİL


Çin alimləri bükülən akkumulyator hazırlayıblar

Bakı, 6 iyun, AZƏRTAC

Çin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər.

AZƏRTAC “belta.by” saytına istinadla xəbər verir ki, maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər 3D-şəbəkələri formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimi Çjan Xunçjan bildirib ki, yeni akkumulyatorlar daha sabit və elastikdir, bükülmə və əyilmə zamanı enerji yükünü yaxşı saxlayır.

Bu kimi batareyalar yüngül və yüksək enerji sıxlığına, istehsal baxımından qənaətcil və kütləvi istehsal perspektivlərinə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.