İQTİSADİYYAT


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıdakı  10 il ərzində 72 gəmi almağı düşünür

Bakı, 25 iyun, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıdakı 10 il ərzində 72 gəmi almağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (AXDG) sədri Rauf Vəliyev "Dənizçi Günü" ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bu hədəfin reallaşdırılması üçün 1,5 milyard dollarlıq investisiya paketi hazırlanıb, hazırda müzakirə edilir. Bu maliyyənin bir hissəsinin AXDG, bir hissəsinin də dövlət hesabına ödənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.