İQTİSADİYYAT


Azərbaycan Xalq Cümhuriyyəti milli istiqlal tariximizin şərəfli səhifəsidir

Bakı, 25 may, AZƏRTAC 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Dövlət Agentliyinin akt zalında davam etdirilən tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, Cümhuriyyətin yaranmasının 100 illiyinin ölkə daxilində və xaricində böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.

S.Məmmədov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından danışıb. Qeyd olunub ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal əzmi yenilməyib və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edib. Azərbaycan Respublikasının müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşdiyini xatırladan İdarə Heyətinin sədri dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin sabit inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

Ulu Öndərin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini diqqətə çatdıran Saleh Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.

Saleh Məmmədov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanan mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində parlaq nailiyyətlərə imza atır. Respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.