İQTİSADİYYAT


Azərbaycan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsini yanvardakı iclasını Bakıda keçirməyə dəvət edib

Bakı, 25 iyun, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatını OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin yanvardakı iclasını Bakıda keçirməyə dəvət edib.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Vyanada OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin nazirlərinin 4-cü iclası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

P.Şahbazov OPEC-i OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin gələn ilin yanvar ayındakı iclasını neft sənayesinin beşiyi olan Bakıda keçirməyə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.