REGİONLAR


Alim və Fərqanə Qasımovlar Gəncə Dövlət Filarmoniyasının səhnəsində

Gəncə, 16 may, Rauf Hacıyev, AZƏRTAC

Dünya şöhrətli xanəndə, Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Gəncə Dövlət Filarmoniyasında ilk dəfə solo konsert proqramı ilə çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və muğamsevərlər iştirak ediblər.

Xanəndələrin ifa etdikləri muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları muğamsevərlər tərəfindən alqışlarla qarşılanıb. Xüsusən Alim Qasımov tərəfindən improvizə və əsl sənətkar yaradıcılığı ilə Azərbaycanın klassik şairləri Nizami, Füzuli və Nəsiminin qəzəlləri üzərində oxuduğu Bayatı-Şiraz tamaşaçılarda ecazkar Azərbaycan muğamlarına bir daha böyük sevgi yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.