CƏMİYYƏT


Ağcabədi rayonunda qanunsuz ov edən şəxslər cərimələniblər

Bakı, 11 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına əsasən qanunsuz ovun qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb. Onlardan 2 ov tüfəngi, patrondaş, qanunsuz ovlanmış 1 baş çöl donuzu götürülüb. Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib.

Qanun pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.