ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunun əməkdaşının monoqrafiyası Latviyada nəşr olunub

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Gülnar Qasımlının “Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” monoqrafiyası Latviyada “Lambert Academic Publishing” nəşriyyatında rus dilində çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edən monoqrafiya G.Qasımlının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya mövzusu üzrə hazırlanıb. Kitabda Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri, müstəqillik dövründə yazılan poemalar, problemlər və perspektivlərə dair araşdırmaların nəticələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.