ELM VƏ TƏHSİL


ABŞ alimləri ən kiçik kompüter hazırlayıblar

Bakı, 25 iyun, AZƏRTAC

ABŞ-ın Miçiqan Universitetinin alimləri ən kiçik kompüter hazırlayıblar. Eni 0,3 millimetr təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görünür.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, Miçiqan Universitetinin yeni mikrokompüteri enerji kəsilən kimi bütün məlumatı itirir. Yeni qurğu prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür.

“Michigan Micro Mote” kompüteri xərçəng xəstəliyinin tədqiqi, qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi, neft rezervuarlarının və biokimyəvi proseslərin monitorinqi, kiçik ilbizlərin tədqiqi üçün istifadə edilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.